Operativ Məlumat Mərkəzi

Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb

1 dəq
Paylaş:
Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb
o, Litvada yerli “Panevejis” və İsrailin "Makkabi" (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk...

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada yerli “Panevejis” və İsrailin "Makkabi" (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.

Qeyd edək ki, avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər