Operativ Məlumat Mərkəzi

Azərbaycanda çoxuşaqlı ailə anlayışına yenidən baxılması barədə məsələ müzakirə edilir

2 dəq
Paylaş:
Azərbaycanda çoxuşaqlı ailə anlayışına yenidən baxılması barədə məsələ müzakirə edilir
bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib. O bildirib ki, dünya praktikasında...

Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib.

O bildirib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilsin:

"Biz çoxuşaqlı ailə anlayışını 5-dən 3-ə endirsək, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın".

Komitə sədri Musa Quliyev də deputatın təklifini dəstəkləyib: "Çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır. Uşaqların sayı üçə və dördə endirilməlidir. Bu məsələ işçi qaydada müvafiq icra hakimiyyəti orqanı ilə müzakirə edilir. Bununla bağlı pozitiv fikirlər var. Çünki əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər