Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb

1 dəq
Paylaş:
Azərbaycan XİN Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla birgə mətbuat konfransında rəsmi Bakının Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir qeyd edib ki, 2024-cü ildən intensiv danışıqlar başlayıb.

“Münxendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb. Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”, - nazir deyib.

Bununla belə C.Bayramov Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb:

“Sülh sazişi açıq məqamları olmayan, bir müddətdən sonra gündəmə danışıqlar üçün yenidən gətiriləsi məsələlər qalmayan bir sənəd olmalıdır”, - nazir bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər