Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

1 dəq
Paylaş:
Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub
bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror...

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər