Türkiyənin Qars şəhərində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə “Heydər Əliyev-2023” təlimi keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin tviter hesabında paylaşım edilib.
“Tək ürək, tək yumuruq! Türkiyə Silahlı Qüvvələrimiz ilə Azərbaycan Silahlı Qüvvələri Qarsda icra etdikləri “Heydər Əliyev-2023” təlimi uğurla davam edir”, - paylaşımda bildirilib.