Operativ Məlumat Mərkəzi

Azərbaycan və Belarus Baş nazirlərinin təkbətək görüşü keçirilir - YENİLƏNİB - 1

1 dəq
Paylaş:
Azərbaycan və Belarus Baş nazirlərinin təkbətək görüşü keçirilir - YENİLƏNİB - 1
Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Baş naziri Aleksandr Turçin ilə görüşüb. Nazirlər Kabinetindən "Operativ Məlumat...

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Baş naziri Aleksandr Turçin ilə görüşüb.

Nazirlər Kabinetindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Əli Əsədov Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Aleksandr Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb.

Hökumət başçıları təkbətək söhbət əsnasında Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

***

Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilib.

***

Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər