Operativ Məlumat Mərkəzi

Azərbaycan sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb

1 dəq
Paylaş:
Azərbaycan sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb
Azərbaycan sərhədini İran istiqamətindən pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət...

Azərbaycan sərhədini İran istiqamətindən pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 Əfqanıstan vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər