Operativ Məlumat Mərkəzi

Azərbaycan Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərir

1 dəq
Paylaş:
Azərbaycan  Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərir

“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər