Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik

Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik
04.07.2024 11:06
Aa
dəq

Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik.

“Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır. İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Həftənin ən çox oxunanları

İlham Əliyev Aİ-yə Fransanın təsirinə düşməməyi tövsiyə edib

İlham Əliyev Aİ-yə Fransanın təsirinə düşməməyi tövsiyə edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan və İran parlamentlərinin sədrləri Cenevrədə danışıqlar aparıblar

Azərbaycan və İran parlamentlərinin sədrləri Cenevrədə danışıqlar aparıblar
DAVAMIN OXU davamın oxu

BTQ bəyanat yaydı

BTQ bəyanat yaydı
DAVAMIN OXU davamın oxu

Milli Məclis Niderlandın Azərbaycana qarşı qətnaməsini pisləyib

Milli Məclis Niderlandın Azərbaycana qarşı qətnaməsini pisləyib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Paşinyana cavab verib

Azərbaycan XİN Paşinyana cavab verib
DAVAMIN OXU davamın oxu