Azərbaycan Prezidenti: Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağlamışdı

Azərbaycan Prezidenti: Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağlamışdı
09.04.2025 11:46
Aa
dəq

Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları – red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.

Dövlət başçısı deyib: “Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfıra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”.

Həftənin ən çox oxunanları