Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,14 ABŞ dolları, yaxud 1,36 % azalaraq 82,96 ABŞ dolları təşkil edib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 78,5 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.