Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,74 ABŞ dolları, yaxud 2,02 % azalaraq 84,73 ABŞ dolları təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri 82,66 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.