Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
06.05.2023 12:18
Aa
dəq

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,61 ABŞ dolları, yaxud 3,45 % artaraq 78,26 ABŞ dolları təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 75,3 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Həftənin ən çox oxunanları