Azərbaycan-Ermənistan arasında yenidən müharibə olacaq? - AÇIQLAMA

Azərbaycan-Ermənistan arasında yenidən müharibə olacaq? - AÇIQLAMA
29.08.2024 22:20
Aa
dəq

Avqustun 28-də Ermənistan silahlı qüvvələri Naxçıvan rayonu istiqamətində atəşkəs rejmini dəfələrlə pozdu. 

Rəsmi İrəvan bölgədə vəziyyəti gərginləşdirməyə davam edir və bura yeni aktorlar cəlb edir. Bu aktorların cəlb olunması isə gərginliyi daha da artırır. Baş verən bütün bu proseslər isə Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin imzalanmasına da öz təsirini göstərir. Bəziləri isə iddia edir ki, Ermənistan yenidən Azərbaycanla müharibəyə hazırlaşır. 

Bəs baş verən son hadisələr nəyə gətirib çıxara bilər? Yenidən müharibənin ilk addımlarımı eşidilir? Həqiqətənmi Ermənistan Azərbaycanla yenidən müharibəyə başlayır?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, müharibə riski həmişə var:

“Sülh müqaviləsi müharibə riskini tam aradan qaldırmasa da, onu xeyli azaldacaq. Amma risk həmişə var. Müqayisə etsək, özümüzü İsrail dövləti kimi hiss etməliyik. Çünki həmişə sərhədboyu gərginlik yarana bilər. Buna hazır olmalıyıq və bu prosesi sakit, normal qarşılamalıyıq”.

Ekspert deyir ki, Ermənistan silahlanmağa başlayıb. Təbii ki, silah-sursat baxımından Azərbaycanla müqayisədə çox geridədir. Ermənistan sadəcə gərginliyi davam etdirmək istəyir. Ermənistanın tərkibində bəzi qüvvələr var ki, sülh müqaviləsinin bağlanmağını, COP29-un keçirilməsini istəmir. Bu seçkiqabağı onların törətdiyi bir təxribatdır. Hansısa qüvvələr Azərbaycanı gərgin saxlamaq istəyir:

“Onlar hesab edir ki, Paşinyan sülh müqaviləsini imzalasa, bu, Ermənistana ziyan gətirəcək. Hətta bu qüvvələr Paşinyanın komandasının içərisində də mövcuddur. Biz sadəcə öz mövqelərimizi gücləndirməliyik. Başa düşməliyik ki, sərhəd qurulsa da, belə təxribatlar davam edə bilər”.

Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı  xətt”ini keçir - TƏHLİL

Digər müsahibimiz politoloq Xəqani Cəfərli isə deyir ki, xalqlar dinc yanaşı yaşamağa hazır olmadığı, dövlətlər bir-birini təhlükə hesab etdiyi müddətdə müharibə ehtimalı həmişə olacaq. Çünki, bu zaman istənilən kənar müdaxilə həlledici olur: 

“Cənubi Qafqaz isə çox strateji bölgədir və bir çox dövlətlərin maraqları toqquşur. Üstəlik xalqların dinc yanaşı yaşamaq qərarı verməməsi kənar müdaxilə üçün münbit şərait yaradır. Ermənistanda isə bir neçə dövlətin təsir dairəsi mövcuddur. Bu isə sülh və dinc yaşamağa böyük təhlükə yaradır. Ona görə də Ermənistan tərəfindən təxribatlar bitmir. Ermənistan hökumətinin iki yolu var: Ya bu təxribatların qarşısını almalı, ya da təxribatların qarşısını almağa gücünün çatmadığını etiraf etməlidir. Əks halda Azərbaycan özünü müdafiə haqqından istifadə etmək məcburiyyətində qala bilər”.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu