Azərbaycan bu ölkə ilə uçuşları bərpa edəcək

Azərbaycan bu ölkə ilə uçuşları bərpa edəcək
22.02.2023 10:08
Aa
dəq

Çin mart ayından Azərbaycanla birbaşa uçuşları bərpa edəcək.

Bu ölkənin Azərbaycandakı səfirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, "China Southern Airlines" şirkəti Çinin Quançjou şəhəri ilə Bakı (Urumçi vasitəsilə) arasında gediş-gəlişin mart ayında rəsmi olaraq bərpa olunacağını bildirib.

Martın 13 və 20-də bir reys (CZ8051/2) həyata keçiriləcək və 26 martdan etibarən həftədə iki reysin (CZ6023/4, çərşənbə/bazar) bərpası planlaşdırılır.

"Son üç ildə koronavirus epidemiyasının təsiri ilə əlaqədar Çin və Azərbayancan arasında uçuşlar azaldılıb, müntəzəm birbaşa uçuşlar müvəqqəti olaraq dayandırılmışdı. 2023-cü ilin əvvəlində Çin yeni növ koronavirus (Covid-19) epidemiyasının qarşısının alınmasında və ona qarşı mübarizədə böyük və qətiyyətli qələbə qazandığından, Çin xarici əməkdaşlığı həyata keçirmək və xarici əlaqələri bərpa etmək, Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin səlahiyyətli mülki aviasiya orqanları ilə fəal əlaqə saxlamaq və Çin ilə digər ölkələr arasında birbaşa uçuşların sürətlə bərpa olunmasına kömək etmək üçün əlindən gələni edir.

Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Birbaşa uçuşların epidemiyadan əvvəlki səviyyələrə qaytarılması Çinin iki tərəf arasında kadr mübadiləsinin daha da asanlaşdırılmasına və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə müsbət münasibətini tam nümayiş etdirir. Çin Azərbaycanın müxtəlif sahələrdə fəaliyyət göstərən qurumlarını, müəssisələrini və ayrı-ayrı şəxslərin Çinə səfər etmələrini, təhsil almalarını, sərgilərdə iştirak etmələrini və işgüzar danışıqlar aparmalarını səmimiyyətlə qarşılayır.

Çin Azərbaycanla "Kəmər və Yol Təşəbbüsü" tikintisinin ikinci onilliyinin daha yüksək səviyyəyə keçməsi üçün iki ölkə və onların xalqları arasında dostluq əməkdaşlığı, qarşılıqlı fayda və münasibətləri gücləndirmək üçün əməkdaşlıq etməyə hazırdır", - səfirliyin məlumatında deyilir.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu