Azərbaycanın strateji valyuta ehtiyatları bu il aprelin 1-nə olan göstəricilərə əsasən 85 milyard 151,1 milyon ABŞ dolları təşkil edib.
“Operativ Məlumat Mərkəzi-OMM” agentliyinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,9 % çoxdur.
Hesabat tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1 il əvvələ nisbətən 5,7 % artaraq 11 milyard 656,8 milyon ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu isə hələ ki, aktivlərinin məbləğini rəsmi olaraq açıqlamayıb.