Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Adil Kərimli İtaliya mədəniyyət naziri ilə görüşdü

2 dəq
Paylaş:
Adil Kərimli İtaliya mədəniyyət naziri ilə görüşdü

İyunun 18-də Roma şəhərində səfərdə olan Azərbaycanın naziri Adil Kərimli İtaliyanın mədəniyyət naziri Ciuli ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət zamanı və İtaliya arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, kinematoqrafiya, musiqi və ifaçılıq sənəti sahələrində birgə layihələrin həyata keçirilməsi, həmçinin mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Nazir Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin prioritetləri, mədəni diplomatiyanın gücləndirilməsi və tərəfdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə həmkarına məlumat verib.

Tərəflər qarşılıqlı mədəniyyət günlərinin, sərgi və konsert proqramlarının təşkili, peşəkar mübadilə layihələrinin həyata keçirilməsi və mədəniyyət sahəsində institusional əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Azərbaycan və İtaliya mədəniyyət nazirlərinin əvvəlki görüşü 2024-cü ilin dekabrında Romada keçirilib. Həmin görüşdə əldə edilən razılaşmaların davamı olaraq tərəflər mədəni əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsində və birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər.

Görüşdə mədəniyyət sahəsində layihələrin icrası ilə bağlı tədbirlər planı da müzakirə olunub.




Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax