Bu gün Bakıda keçirilən, "Sahibkarlar Günü"nə həsr olunmuş "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbirin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müraciəti sahibkarların adından Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru Sevda Əlizadə oxuyub.