Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mikayıl Cabbarov Şavkat Mirziyoyev tərəfindən qəbul olunub

1 dəq
Paylaş:
Mikayıl Cabbarov Şavkat Mirziyoyev tərəfindən qəbul olunub

Azərbaycanın naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Şavkat tərəfindən qəbul olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu barədə hesabında paylaşım edib.

Mikayıl Cabbarov bildirib ki, görüş zamanı Prezident İlham Əliyevin salamları Şavkat Mirziyoyevə çatdırılıb. Özbəkistan Prezidenti də öz növbəsində dövlət başçısına salamlarını çatdıraraq –Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə iki ölkə liderlərinin siyasi iradəsi nəticəsində ikitərəfli əməkdaşlığın yeni mərhələyə yüksəldiyi vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin təşviqi, həmçinin biznes əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax