Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü olub - YENİLƏNİB

4 dəq
Paylaş:
Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü olub - YENİLƏNİB

Azərbaycanın naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə geniş tərkibdə görüşü keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşılıb.

Bildirilib ki, nazirlər Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərindən sonra dövlət başçıları arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.

Görüşdə Azərbaycan-Ukrayna strateji tərəfdaşlığı, ticarət, enerji, investisiya, nəqliyyat, humanitar və çoxtərəfli , həmçinin regional və beynəlxalq məsələləri müzakirə olunub.

Tərəflər yüksək səviyyəli təmasların davam etdirilməsinin, siyasi məsləhətləşmələrin, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın və İşgüzar Şuranın fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər Ukraynada davam edən müharibə fonunda regional proseslər və beynəlxalq çağırışlar ətrafında da fikir mübadiləsi aparıblar. hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüquqa ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bir daha qeyd edib. O, Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəyini vurğulayıb.

Andriy Sibiha Qara dəniz və Azov dənizində davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar dərin hüznlə başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı, yaralananlara isə tezliklə sağalmaları arzusunu çatdırıb.

Görüşdə Azərbaycanın Ukraynaya 50 milyon ABŞ dollarından artıq göstərdiyi, İrpin şəhərində yenidənqurma layihələrini həyata keçirdiyi və ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını dəstəklədiyi də qeyd olunub.

Ceyhun Bayramov, həmçinin həmkarını Cənubi Qafqazdakı mövcud vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşü iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı baxımından məhsuldar adlandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə azərbaycanlı nazir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirərək, Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair məhsuldar danışıqlar apardıq", - C.Bayramov vurğulayıb.

Bundan əlavə, nazirlər aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

"Ölkələrimizi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq bağlayır", - Azərbaycanın XİN başçısı qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax