Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev: Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub

3 dəq
Paylaş:
Hikmət Hacıyev: Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub

Özbəkistanla arasındakı münasibətlər artıq strateji xarakteri daşıyır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Özbəkistanda "Azərbaycan Respublikası ilə Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"yə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 2020-ci ildə iki dövlət başçısının təmaslarından sonra Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub:

"Həmin dövrdən etibarən iki dövlət arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çatıb. İndi isə əbədi dostluq münasibətləri xarakteri daşıyacaq. Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı iki dəfə Özbəkistanla atırıq. Onsuzda xalqlarımız əbədi dostu idilər. Çünki Azərbaycan və Özbəkistan tarixinə baxsaq, bizim aramızda o qədər bağlantılar var. Bunu hətta biz Əlişir Nəvainin əsərlərində, digər özbək ədiblərin əsərlərində də görə bilərik".

Hikmət Hacıyev bildirib ki, tarixi əsnada mövcud olan Azərbaycan-Özbəkistan ədəbi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır:

"Yəni, bu səfər Azərbaycan üçün çox mühüm xarakter daşıyır. Çünki Azərbaycan və Özbəkistan ilk növbədə qardaş xalqlardır. Qardaş xalqlar olaraq bizim aramızdakı əlaqələr dövlət başçılarımızın səyləri nəticəsində bu günləri müttəfiqlik xarakteri daşıyır və Özbəkistan-Azərbaycan münasibətləri bu gündə həmkarlarımıza izah etdiyim kimi müttəfiqlikdən də yeni bir mərhələyə, əbədi dostluq münasibətləri səviyyəsinə qalxır. Bu gündən artıq siyasi müstəvidə bu əbədi dostluq xarakteri daşıyacaq. Ona görə də hesab edirik ki, bu səfər Azərbaycan-Özbəkistan qardaşlıq, müttəfiqlik və əbədi dostluq münasibətlərində yeni mərhələ olacaqdır. Qardaş Özbəkistana da bu qonaqpərvərliyə görə ayrıca təşəkkür edirik və eyni zamanda təbrik edirik. Özbəkistan mediasında cənab Prezidentin Özbəkistan-Azərbaycan əlaqələri ilə bağlı geniş bir müsahibəsi dərc edildi və cənab Prezident orada qeyd edib ki, biz hər dəfə Özbəkistana gələndə sevinirik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə