Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Elnur Məmmədov ABŞ Dövlət Departamentinin rəsmiləri ilə Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib

2 dəq
Paylaş:
Elnur Məmmədov ABŞ Dövlət Departamentinin rəsmiləri ilə Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib

nazirinin müavini Elnur Məmmədov Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında Strateji Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib.

Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax