Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bu il ixtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq

2 dəq
Paylaş:
Bu il ixtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq

Bu il qaydalarında müəyyən olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

"Yeniliklərdən biri odur ki, ötən il I ixtisas qrupunda 150 balla seçim edilə bilən 11 ixtisas var idi. Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK alt qrupuna aid idi. Bu ildən həmin siyahı genişləndirilir. Riyaziyyat- İnformatika (Rİ) alt qrupuna aid daha iki ixtisas kompüter mühəndisliyi və informasiya texnologiyaları da siyahıya əlavə olunur. Beləliklə, RI alt qrupu üzrə 150–200 bal abituriyentlər də bu ixtisaslar üzrə seçim edə biləcəklər.

II ixtisas qrupunda da dəyişiklik edilib. Təxminən 7 yeni ixtisas 150 balla seçim edilə bilən ixtisasların siyahısına daxil edilib. Həmin ixtisasların siyahısı ayrıca cədvəldə təqdim olunacaq. Beləliklə, 150–200 bal aralığında nəticə göstərən abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanları əhəmiyyətli dərəcədə genişlənir.

III və IV ixtisas qruplarında isə dəyişiklik yoxdur. Keçən il qüvvədə olan ixtisas siyahısı bu il də saxlanılıb və əlavə olunmayıb”, DİM sədri bildirib.

O qeyd edib ki, bu yeniliklər 150–200 bal toplayan abituriyentlər üçün ixtisas seçimi baxımından müsbət imkanlar yaradır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax