Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib

2 dəq
Paylaş:
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev yollarda qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, xüsusilə bayram ərəfəsində nəqliyyatın intensivliyinin artması fonunda piyadaların vurulması ilə nəticələnən yol- hadisələri narahatlıq doğurur.

R.Tağıyevin sözlərinə görə, qəzaların baş verməsinə həm sürücülərin diqqətsizliyi, həm də piyadaların məsuliyyətsiz davranışı səbəb olur:

  • Piyadaların müəyyən olunmamış yerlərdən yolu keçməsi;
  • Nəqliyyat axınına qəfil çıxışlar;
  • Mobil telefondan istifadə edərək yolda hərəkət etmək;
  • Çoxzolaqlı yollarda təhlükəsizlik qaydalarına məhəl qoymamaq.

Şöbə rəisi qeyd edib ki, gecə saatlarında və məhdud görünmə şəraitində piyadaların qəfil yola çıxması faciə riskini ciddi şəkildə artır. Bir çox piyada sürücünün onları mütləq görəcəyini düşünsə də, yüksək sürət, və digər amillər nəqliyyat vasitəsinin dərhal saxlanılmasını çətinləşdirir.

Sürücülərə də müraciət edən R.Tağıyev yaşayış məntəqələrində, xüsusilə məktəb və ticarət obyektlərinin yaxınlığında sürət həddinə ciddi əməl etməyi və piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olmağı tövsiyə edib. O vurğulayıb ki, təhlükəsizliyi qarşılıqlı məsuliyyət tələb edir və heç bir tələskənlik insan həyatından dəyərli deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax