Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əməkhaqqı sistemində mühüm yeniliklər

2 dəq
Paylaş:
Əməkhaqqı sistemində mühüm yeniliklər

hazırda bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı, saatlıq əməkhaqqı modelinin tətbiqi və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində iş aparılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əmək və məşğulluq sahəsində rəqəmsallaşma genişlənir, eyni zamanda qanunvericilik bazası təkmilləşdirilir.

"Əmək müqavilələrinin 97 %-i artıq elektron qaydada rəsmiləşdirilir. İşəgötürənlərlə çərçivəsində "Dost Müfəttiş" layihəsi həyata keçirilir və bu layihə çərçivəsində müəssisələrdə diaqnostik qiymətləndirmələr aparılaraq cərimə tətbiq edilmədən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr verilir. Son illərdə əmək qanunvericiliyində geniş edilib. Belə ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsinə dəyişiklik olunub, ümumilikdə isə normativ hüquqi aktlara 500-ə yaxın düzəliş edilib", - deyə nazir qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, son illər əmək bazarında əhəmiyyətli artım alınıb: "Əmək müqavilələrinin sayı 44 % 1,9 milyona çatıb. O cümlədən, özəl sektorda bu göstərici 2,1 dəfə artaraq 1 milyonu keçib. Minimum əməkhaqqı 3 dəfə artaraq 345 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 1 099 manata yüksəlib. Ümumilikdə əməkhaqqı fondu ölkə üzrə 3,3 dəfə artıb. Pensiya və sosial ödənişlərdə ciddi artım qeydə alınıb. Minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 594 manata çatıb. Müavinət və təqaüdlərin ümumi məbləği isə 5 dəfə artıb. Bu artımlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax