Azərbaycanda pensiyaların aprelin 21-də tam ödənilməsi nəzərdə tutulub.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.