Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kart ödənişləri üzrə yeni komissiya limitləri təsdiqləndi

2 dəq
Paylaş:
Kart ödənişləri üzrə yeni komissiya limitləri təsdiqləndi

Mərkəzi Bankı (AMB) ölkə daxilində kartları ilə aparılan əməliyyatlar üçün yeni xidmət haqqı tariflərini təsdiqləyib. İdarə Heyətinin qərarı ilə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi müəyyənləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı qərarı AMB-nin sədri imzalayıb. Qərara əsasən, fəaliyyət sahələrini təsnifləşdirən MCC kodları (təsərrüfat subyektinə təyin edilən kod) üzrə interçeyncin yuxarı həddi aşağıdakı kimi tətbiq ediləcək:

  • "Drug Stores and Pharmacies""Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC üzrə: ödəniş məbləğinin 1,25 %-i;
  • "Petrol" kateqoriyasına aid MCC kodlar üzrə: ödəniş məbləğinin 0,75 %-i;
  • "General" kateqoriyasına aid MCC kodlar üzrə: ödəniş məbləğinin 1,5 %-i.

Digər MCC kodlar üzrə ölkə daxilində aparılan ödənişlərdə isə interçeyncin yuxarı həddi müəyyən edilmir. Yeni qərar bu il iyunun 1-dən etibarən qüvvəyə minir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax