Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qubanın üç kəndinin adının dəyişdirilməsi qəbul edilib

2 dəq
Paylaş:
Qubanın üç kəndinin adının dəyişdirilməsi qəbul edilib

Quba rayonunun bir sıra vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Qubanın Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi ediləcək.

Həmçinin sənəddə qeyd edilib ki, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Bildirilib ki, Qubanın kəndlərinin adlarının dəyişdirilməsi Milli Məclisin Toponimiya komissiyasının tövsiyəsi ilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax