Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Büdcədən 25 milyon manat ƏDV qaytarıldı

2 dəq
Paylaş:
Büdcədən 25 milyon manat ƏDV qaytarıldı

2026-cı ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 25 milyon 46,6 məbləğində vəsait qaytarılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, eləcə də mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərə görə ödənişləri əhatə edir.

O cümlədən, işğaldan edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi geri ödənilib.

Həmçinin, artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, və maliyyə sanksiyaları da geri qaytarılan vəsaitlər sırasındadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax