Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Gəminin vurulması nəticəsində xəsarət alan vətəndaşlarımızın vəziyyəti necədir? - Rəsmi

2 dəq
Paylaş:
Gəminin vurulması nəticəsində xəsarət alan vətəndaşlarımızın vəziyyəti necədir? - Rəsmi

Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət vətəndaşlarımızın vəziyyəti barədə məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN-in məlumatında deyilir:

“Qeyd edildiyi kimi, 5 iyun tarixində Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycan Respublikasının Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşmüşlər.

Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.

Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.

Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.

Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax