Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İqlim haqqında qanunu pozanlar üçün cərimələr müəyyən edilir

2 dəq
Paylaş:
İqlim haqqında qanunu pozanlar üçün cərimələr müəyyən edilir

"İqlim haqqında" qanunla edilmiş öhdəliklərin pozulmasına görə inzibati məsuliyyət Xətalar Məcəlləsinə uyğun olaraq edilə bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Ekologiya və Təbii Nazirliyinin ictimai müzakirəyə təqdim etdiyi "İqlim haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən aşağıdakı hallar inzibati məsuliyyətə səbəb olan pozuntular emissiya hesabatlarının təqdim edilməməsi, yanlış və ya təhrif edilmiş məlumatların təqdim edilməsi, təsdiq edilmiş monitorinq planına riayət edilməməsi, ETS və karbon vergisi üzrə uyğunluq öhdəliyinin yerinə yetirilməməsi, karbon kreditlərinin qanunsuz buraxılması, milli karbon reyestri üzrə qaydalarının pozulması ilə bağlıdır.

Saxtakarlıq, sənəd saxtalaşdırılması, qanunsuz gəlir əldə edilməsi, informasiya sisteminə qanunsuz müdaxilə, bazar manipulyasiyası və ya digər cinayət əlamətləri olduqda materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilir və Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyəti məsələsinə baxılır.

Bu Qanunun pozulması nəticəsində dövlətə, bazar iştirakçılarına və ya üçüncü şəxslərə vurulmuş zərər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ödənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax