Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

2 dəq
Paylaş:
DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Avqustun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 30, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17, dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib. Avqustun 8-də və 9-da ümumi çəkisi 30,5 kiloqramdan artıq və 52 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 silahı, 4 tüfəng, 1 patron darağı və 29 ədəd patron aşkar edərək götürüblər.

törətməkdə şübhəli 68 nəfər saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax