Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2026-cı il üçün dövlət dəstəyi ilə istehsal olunacaq film layihələri müsabiqəsinin başladığını elan edib. Bu barədə məlumatı “Operativ Məlumat Mərkəzi-OMM”-ə qurumdan təsdiqləyiblər.
Müsabiqənin keçirilməsində əsas məqsəd aşağıdakı istiqamətləri əhatə edir:
- Film istehsalı prosesinin stimullaşdırılması və səmərəliliyinin artırılması;
- Yerli kinematoqrafçıların peşəkar təcrübəsinin təkmilləşdirilməsi;
- Kino sənayesinin və bu sahədəki özəl sektorun dəstəklənməsi;
- Sahə üzrə fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət mühitinin gücləndirilməsi.
Müsabiqədə iştirak etmək istəyənlər üçün müraciətlərin qəbulu 15 iyul 2026-cı il tarixinədək davam edəcək. Müsabiqənin reqlamenti ilə bağlı ətraflı məlumatı ARKA-nın rəsmi internet səhifəsindən əldə etmək mümkündür.