Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Həftəsonu Azərbaycanda hava necə olacaq?

2 dəq
Paylaş:
Həftəsonu Azərbaycanda hava necə olacaq?

Azərbaycanda həftəsonu hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə xarakterli olacağı gözlənilir.

G.Abbasova vurğulayıb ki, gecə saatlarında yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Yağıntılı hava şəraitinin iyunun 28-i gündüz saatlarınadək davam edəcəyi gözlənilir. İyunun 28-də güclü -qərb küləyi əsəcək:

"Azərbaycanın rayonlarında fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur".

G.Abbasovanın sözlərinə görə, ölkə ərazisində gözlənilən yağıntılı və qeyri-sabit ilə bağlı yenilənmiş məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax