Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Direktorların işə qəbulu müsabiqəsinə sənəd qəbulu uzadıldı

2 dəq
Paylaş:
Direktorların işə qəbulu müsabiqəsinə sənəd qəbulu uzadıldı

Direktorların qəbulu müsabiqəsinə qəbulunun müddəti uzadılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 24 avqust 2026-cı il saat 11:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, avqustun 18-i 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə