Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni səlahiyyətlər verildi

1 dəq
Paylaş:
Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni səlahiyyətlər verildi

İlham Əliyev "Vergi Məcəlləsinin edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun və bu qanunla təsdiq edilmiş "Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 30 avqust 2000-ci il tarixli, eləcə də "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə 4 iyul 2013-cü il tarifli fərmanlarda dəyişiklik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilməsi üçün təsdiqedici sənədlər verəcək səlahiyyətli qurumlar müəyyən edilib. Belə ki, hərbi təyinatlı məhsul istehsalı layihələrinə münasibətdə Sənayesi Nazirliyinə, digər layihələrə münasibətdə isə İqtisadiyyat Nazirliyinə verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax