Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan balıqçılıq siyasəti: Yeni qanun layihəsi hazırlanır

4 dəq
Paylaş:
Azərbaycan balıqçılıq siyasəti: Yeni qanun layihəsi hazırlanır

Azərbaycanda sahəsində dövlət siyasəti 12 prinsipə əsaslanacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Balıqçılıq haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin prinsiplər aşağıdakılardır:

- balıqçılıq sahəsində məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə dayanıqlı istehsal metodlarının və innovativ texnologiyaların təşviqi;

- daxili bazar tələbatının ödənilməsi və ixrac potensialının artırılması məqsədilə yerli istehsalın stimullaşdırılması;

- elmi tədqiqatların və təlim proqramlarının dəstəklənməsi yolu ilə balıqçılıq sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması;

- akvakulturanın dayanıqlı inkişafı məqsədilə ekoloji, iqtisadi və sosial maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun təmin edilməsi;

- və digər su bioresursları ehtiyatının tükənməsinin qarşısının alınması;

- bu Qanunla edilən hallar istisna olmaqla, balıq və digər su bioresurslarının ovunun ödənişli olması;

- balıq ovu üçün kvota müəyyən edilərkən ekoloji, sosial, iqtisadi amillərin nəzərə alınması;

- balıq və digər su bioresurslarının qiymətli növlərinin xüsusi mühafizə rejiminin müəyyən edilməsi, onların ovunun dayandırılması və ya qadağan edilməsi;

- balıqçılıq və akvakultura sahəsində idarəetmənin rəqəmsallaşdırılması;

- balıqçılıq fəaliyyəti zamanı balıq və digər su bioresurslarının təbii davranışlarının qorunmasının, onların ağrı və stresin minimuma endirildiyi şəraitdə saxlanılmasının və daşınmasının təmin edilməsi;

- transsərhəd su hövzələrində balıq və digər su bioresurslarının ehtiyatlarının birgə idarə olunması;

- regional və təşkilatlarla çərçivəsində öhdəliklərin yerinə yetirilməsi.

Bundan başqa, qanun layihəsində balıqçılıq sahəsində dövlətin 13 vəzifəsi müəyyən olunub:

- balıqçılıq sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin hazırlanması və həyata keçirilməsi;

- balıqçılıq sahəsində normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;

- balıqçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi;

- balıqmühafizə tədbirlərinin həyata keçirilməsi;

- balıqartırma işlərinin təşkili;

- istifadəyə və ya icarəyə verilməmiş dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində meliorasiya fəaliyyətinin həyata keçirilməsi;

- Qırmızı Kitaba daxil edilmiş balıq və digər su bioresurslarının mühafizəsinin təşkili;

- balıqçılıq sahəsində araşdırma və elmi tədqiqatların həyata keçirilməsi;

- balıqçılıq sahəsində dövlət dəstək tədbirlərinin göstərilməsi;

- balıqçılıq sahəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili;

- balıqçılıq sahəsində hüquqpozmaların qarşısının alınması və aradan qaldırılması;

- balıqçılıq su obyektlərinin mühafizəsi məqsədilə ətraf mühitə mümkün mənfi təsirlərin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi;

- balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax