Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda yeni şəhərsalma modeli yaradılır - Komitə sədri

2 dəq
Paylaş:
Azərbaycanda yeni şəhərsalma modeli yaradılır - Komitə sədri

Azərbaycanda azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri dayanıqlılıq, “ağıllı şəhər” yanaşması, yaşıl inkişaf insan ləyaqəti prinsiplərinə əsaslanır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar çərçivəsində keçirilən konfransında deyib.

Anar Quliyev bildirib ki, Azərbaycanda dağıdılmış şəhər və kəndlər müasir urbanizasiya prinsiplərinə uyğun şəkildə yenidən qurulur.

“Bu, sadəcə prosesi deyil, yeni şəhər inkişaf modelinin yaradılmasıdır. WUF13 Azərbaycana öz təcrübəsini ictimaiyyətlə bölüşmək, eyni zamanda, digər ölkələrin yanaşmalarından faydalanmaq imkanı yaradır. Forum iştirakçı sayı baxımından da böyük maraq doğurur. Mayın 17-dək tədbirdə iştirak üçün 182 ölkədən 42 min 367 nəfər qeydiyyatdan keçib. Forumun ilk günü – mayın 17-də isə iştirakçı sayı 21 min 108 nəfər olub”, - deyə Anar Quliyev vurğulayıb.

Anar Quliyev əlavə edib ki, forum çərçivəsində təşkil olunan Urban Expo beynəlxalq qurumlar, hökumətlər, bələdiyyələr, akademik dairələr, innovatorlar və özəl sektor nümayəndələrini bir araya gətirir: “Urban Expo-nun ümumi sahəsi təxminən 35 min kvadratmetrdir və bunun yarısı sərgi məkanından ibarətdir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax