Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

3 dəq
Paylaş:
Dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) 2026-cı ilin yanvar ayı ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlərin nəticələrini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi məlumatda ay ərzində dövlət sərhədini pozmağa cəhd göstərən 17 nəfər saxlanıldığı bildirilib.

Saxlanılan şəxslərdən 6-sı Əlcəzair, 4-ü , 4-ü İraq, 3-ü Pakistan vətəndaşı olub.

Qanunsuz miqrasiyaya qarşı keçirilən zamanı saxtalaşdırılmış tarix möhürü və pasportdan, eləcə də özgəsinə məxsus sənədlərdən istifadə edərək sərhədi keçməyə çalışan 3 nəfər müəyyən edilərək saxlanılıb.

Sərhəd rejimi qaydalarının pozulması ilə bağlı 117 nəfər barəsində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı aparılan əməliyyatlar nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 302 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Eyni zamanda ölkədən çıxışı qadağan edilən 599 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 8 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.

Hesabat dövründə 2 halda narkotik vasitələrin pilotsuz uçuş aparatları vasitəsilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb. Ümumilikdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 120 kiloqram 645 qram aşkar edilərək dövriyyədən çıxarılıb.

Qaçaqmalçılığa qarşı keçirilən tədbirlər nəticəsində ümumi dəyəri 6 milyon 570 min 790 manat olan müxtəlif mallar, o cümlədən pnevmatik tapança (darağı ilə birlikdə), dərman preparatları və tütün məmulatları aşkar edilərək götürülüb.

Dövlət Sərhəd Xidməti bildirir ki, Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması istiqamətində və nəzarət tədbirləri fasiləsiz davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax