Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Minalardan təmizlənən ərazilərin həcmi ötən ay 8012,7 hektara çatıb

1 dəq
Paylaş:
Minalardan təmizlənən ərazilərin həcmi ötən ay 8012,7 hektara çatıb

Azad olunan ərazilərdə iyul ayı ərzində 8012.7 hektar ərazi minalardan təmizlənib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin () azad ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Həmin müddətdə 174 tank əleyhinə mina, 614 piyada əleyhinə mina, 2 106 partlamamış sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax