Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək

2 dəq
Paylaş:
Sabah hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək

Azərbaycanda fevral ayının 3-də hava şəraitinin buludlu , gün ərzində arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Bakı və yarımadasında gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə olunacaq. Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək, saatlarında isə küləyin şimal-qərb istiqamətindən arabir güclənəcəyi gözlənilir.

Paytaxt və Abşeronda havanın temperaturu gecə saatlarında 4–7° isti, gündüz isə 8–12° isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət isə 75–85 faiz arasında olacaq.

Ölkənin rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecə və axşam saatlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı bölgələrdə yağıntıların intensiv olacağı istisna edilmir. Həmçinin bəzi ərazilərdə duman, qərb küləyinin isə arabir güclənməsi proqnozlaşdırılır.

Rayonlarda havanın temperaturu gecə 3–7° isti, gündüz 13–18° isti, dağlıq ərazilərdə isə gecə 0–5° isti, gündüz 8–13° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax