Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında siyasət və təhlükəsizlik məsələləri üzrə dialoqun növbəti mərhələsinin gələn il təşkil olunması planlaşdırılır. Bu barədə məlumatı “Operativ Məlumat Mərkəzi-OMM”-ə Aİ-nin Azərbaycandakı səfirliyindən təsdiqləyiblər.
Səfirlikdən verilən açıqlamaya görə, dialoqun dəqiq tarixi hələlik müəyyənləşməyib. Görüşün Brüsseldə keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.