Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Elektron daşıyıcılar məhkəmə qərarı olmadan götürüləcək

2 dəq
Paylaş:
Elektron daşıyıcılar məhkəmə qərarı olmadan götürüləcək

ilə bağlı axtarış və ya götürmənin aparılması qaydasına da dəyişiklik edilib, məhkəmə qərarı olmadan elektron daşıyıcıların sübut kimi götürüləcəyi hallar müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, İlham Əliyevin təsdiqlədiyi “ Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin gizlədilməsini və ya məhv edilməsini apara bilər.

Əldə olunan sübutlar və ya -axtarış fəaliyyətinin materialları hər hansı İKT sistemində, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda və ya elektron verilənlərdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların olmasını güman etməyə kifayət qədər əsas verdikdə, həmin sistemdə, onun hissələrində, elektron verilənlərin saxlanıldığı və elektron daşıyıcılarda verilənlərdə axtarış aparıla və İKT sistemi, onun hissələri, elektron verilənlərin saxlanıldığı və ya elektron verilənlər götürülə biləcək və bu vasitələrin götürülməsində mütəxəssis iştirak edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax