Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AZAL 4 ölkəyə uçuşları dayandırdı

2 dəq
Paylaş:
AZAL 4 ölkəyə uçuşları dayandırdı

Yaxın Şərqdə yaranmış və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Hava Yolları (AZAL) tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb. Bu barədə aviaşirkətdən “Operativ Məlumat Mərkəzi-OMM”-ə rəsmi məlumat verilib.

Sərnişinlərin nəzərinə çatdırılır ki, sözügedən istiqamətlər üzrə alınan aviabiletlər heç bir cərimə ödənilmədən geri qaytarıla və ya dəyişdirilə bilər. Lakin Naxçıvan istiqaməti üzrə planlaşdırılan hazırda rejimində həyata keçirilir.

AZAL uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə vəziyyəti diqqətlə izləyir və sərnişinləri mümkün dəyişikliklər barədə operativ məlumatlandıracaq. Əlavə suallar üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

Xatırladaq ki, bu gün İsrail Dövləti təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib və ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Məlumatlara görə, ABŞ-ın da iştirak etdiyi bu əməliyyatlar səbəbindən bölgədəki bəzi ölkələr məqsədilə hava məkanlarını bağlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax