Türkiyədən Azərbaycana uçmaq istəyən şəxslərin Atatürk Hava Limanında qalıblar.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, buna səbəb AZAL-ın 12:20-də nəzərdə tutulan təyyarə reysini ləğv etməsi olub. Belə ki, bu gün saat 12:20 üçün Azərbaycana geri dönmək istəyən vətəndaşların reysləri saat 16:30 və 21:00-a təxirə salınıb.