Operativ Məlumat Mərkəzi

Azad edilmiş ərazilərdə 42 mina aşkarlandı

1 dəq
Paylaş:
Azad edilmiş ərazilərdə 42 mina aşkarlandı
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 42 mina aşkarlanıb. ANAMA-dan "Operativ Məlumat...

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 42 mina aşkarlanıb.

ANAMA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, fevralın 6-dan fevralın 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 0, tank əleyhinə 42 mina və 118 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 250 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər