Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Azərbaycan bunu təkbaşına bacardı”

2 dəq
Paylaş:
“Azərbaycan bunu təkbaşına bacardı”

“İndiyə qədər Qarabağa 17 milyard manat xərclənib, il sonuna bu 20 milyarda çatacaq. Bu, büdcənin yarısı qədərdir. bunları öz daxili resursları ilə edib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin iclasında Aydın Mirzəzadə deyib.

O xatırladıb ki, Zəfərdən sonra bəzi xarici dairələr Azərbaycanın bu yükün öhdəsindən gələ bilməyəcəyini düşünürdü, lakin:

“Azərbaycan hər gün yeni yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı ilə sübut edir ki, qarşıya qoyduğu vəzifələri uğurla icra edir”.

Mirzəzadə qeyd edib ki, Ermənistanın ara-sıra etiraflarına baxmayaraq, regionda hələ də təhlükələr qalır:

“Azərbaycan daim özünü müdafiəyə hazır olmalıdır. Yeni silahların alınması və ordunun peşəkarlığının artırılması üçün ayrılan vəsait həyati vacibdir”.

O həmçinin kiber təhlükəsizliyin gücləndirilməsinin zəruriliyini vurğulayıb:

“Dövlət informasiya resurslarına hücumlarla bağlı xəbərlər göstərir ki, bu sahə böyük diqqət və resurs tələb edir”.

Afət Ziyadqızı

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax