Operativ Məlumat Mərkəzi

Bakı avtobus parkı 2030-cu ilə qədər modernləşdiriləcək

2 dəq
Paylaş:
Bakı avtobus parkı 2030-cu ilə qədər modernləşdiriləcək

Bakıda hazırda təxminən 1 000 avtobusun dəyişdirilməsinə ehtiyac var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Agentliyinin İdarə Heyətinin sədri Anar açıqlama verib.

Rzayev bildirib ki, 2025–2030-cu illər üçün Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi Dövlət Proqramı çərçivəsində bu işlər mərhələli şəkildə həyata keçiriləcək.

Proqramın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada qeyd olunub ki, paytaxtda avtobusların sayı 2030-cu ilə qədər 2 800-ə çatdırılacaq. Onun sözlərinə görə, yeni gətirilən avtobuslar qırmızı rəngdədir və zamanla şəhərdəki ağ rəngli avtobusların sayı azalacaq.

Rzayev həmçinin vurğulayıb ki, parkının yenilənməsi prosesi ötən il sürətləndirilib:

Bakıya 400-ə yaxın yeni avtobus gətirilib, ölkə üzrə isə 600-dən artıq avtobus dəyişdirilib. Bu ildən etibarən xüsusi “İctimai Nəqliyyat” büdcə fondu yaradılacaq və daşıyıcılarla brutto müqavilə sistemi tətbiq ediləcək. Bu, avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə yenilənməsini daha da sürətləndirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax