Əsas məzmuna keç

Astanada ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Astanada ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

bu barədə TASS məlumat yayıb. Nümayəndə heyətlərinin başçıları təşkilatın sammitinə hazırlıq (3-4 iyul), aktual beynəlxalq və regional mövzuları müzakirə...

Astanada Şanxay Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nümayəndə heyətlərinin başçıları təşkilatın sammitinə hazırlıq (3-4 iyul), aktual mövzuları müzakirə edəcəklər.

Təşkilatın gələcək inkişaf perspektivlərinə və onun yeni dünya düzəninin formalaşmasına uyğunlaşmasına xüsusi diqqət yetiriləcək.

İclasda nazirlər ŞƏT-in yeni və ŞƏT-in Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru vəzifələrinə namizədlərə baxacaqlar. İştirakçılar dövlət başçılarının təsdiqi üçün müxtəlif sənədlər paketi hazırlayacaqlar.

Mayın 19-da helikopter qəzasında həlak olan İranin naziri Hüseyn Əmir Abdullahianın əvəzinə bu ölkəni xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri təmsil edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…