Artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın yeni məbləği nə qədər olacaq?

Artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın yeni məbləği nə qədər olacaq?
05.02.2024 16:12
Aa
dəq

Azərbaycanda pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib.

O bildirib ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Nazir müavini söyləyib ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün 6,5 milyard manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı yeni sərəncamla bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu